Bu dəsti Azərbaycan dilində həftə günlərinin adlarını düzgün istifadə etməyə və ən önəmlisi, insanların bu günləri dolu-dolu yaşamasını xatırlatmaq məqsədiylə hazırlamışıq.
Ötürmək istədiyimiz mesaj isə belədir:
Günləri, ayları sayırıq. Hər gün başqa bir günün gəlməyini gözləyirik. Həyatı o qədər sürətli yaşayırıq ki, gözümüzün qabağındakı anları qaçırırıq. Yaşamaq, yaratmaq üçün doğru zamanın gəlməyini gözləmə. Bir az dayan, ətrafına, sevdiklərinə bax. Özünə güvən və ilk addımı at. Hər şey mükəmməl olmayacaq. Amma dayanma, gülümsə və yoluna davam et. Gördün işlər düz getmir? Yenə yavaşla, anı yaşa. Bir stəkan çay, bir az gəzinti, dostlarla keçirilən vaxt – zövq al bu sadə anlardan. Və nə olur-olsun, özünü yenilə, hər gün, hər an.
Həyat dolu-dolu yaşaq.
Dəstdə olan bütün corabların tərkibi: 80% pambıq, 17% neylon, 3% elastan
- Sürüşməz manşet – Ayaqda sürüşmənin qarşısını alır;
- Termal tənzilmləmə – Ayağı normal temperaturda saxlayır, istənilən fəsildə rahatlıqla geyilə bilər;
- Tor dizaynda toxuma – Özəl tor dizayn istiliyi azaldır və ayağın nəfəs almasına kömək edir;
- Tikişsiz barmaq hissə – Qıcıqlanmanın qarşısını alır;
- Hidrofobik – Xüsusi yun hissə nəmliyi dəf etməyə kömək edən hidrofobik xüsusiyyətlətə malikdir.