24 saat ərzində çatdırılma

Corabınıza diqqət edin

Corab seçimi zamanı bunlara diqqət edilməlidir

Sağlam corab geyinmək istəyiriksə, corab ipliklərinin və xammalının təbiətdən əldə edilməsinə diqqət etməliyik. Keyfiyyətli iplikler, yazda tərlətməyən və qışda soyumayan; hava şərtinə uyğunlaşan ipliklərdir. Keyfiyyətli corablar isə, bu ipliklərdən istehsal olunan, ayağınızı tam əhatə edən, rezin hissələrində ayağınızı sıxmayan ve sizi rahat hiss etdirən konfortlu corablardır. Sağlamlığınız üçün geyinəcəyiniz corabların tam olaraq yuyulması və ütülənməsini tövsiyə edirik.

Ayağımızı xarici amillərdən və ayaqqabılardan qorumaq üçün corab geyirik. Ancaq, ayaqlarımızı corabla qorumağı düşünürüksə, unutmamalıyıq ki, corablardan da qorunmalıyıq. Qış aylarında corabın qalın olmasından əlavə isti saxlama özəlliyi olan corab geyinilməsinin vacibliyi ilə birlikdə, yay aylarında incə və tərlətməyən corabların seçilməsi də vacibdir.

Buna görə sağlam corab seçərkən pambıq, bambuk, modal, viskoza, yun, kaşmir, angora və ipək törəmələrindən ibarət corablara üstünlük verməliyik.
Gündəlik istifadəyə uyğun olan corablar üçün ümumiyyətlə pambıq corablar və daranmış ipliklərdən hazırlanan corablara üstünlük verilə bilər.

Aşağıda corab hazırlayarkən istifadə olunan bəzi iplikləri haqqında məlumatları sizinlə paylaşırıq.

Bambuk ip

Bambuk ipliklər təbii quruluşuna görə yumşaq bir iplikdir. Örgü və ya toxuculuq işləri üçün çox uyğundur. Digər iplik növləri ilə qarışıqda da istifadə edilə bilər.
Rəngləndiyi zaman parlaq bir görünüş əldə edir. Ultrabənövşəyi şüaları qırır, antibakterial xüsusiyyətə malikdir. Tərkibində olan bambuk maddəsi dəridə allergiyaya səbəb olmur.
Çox yaxşı nəm udma xüsusiyyətinə görə hava keçirdiyi üçün, bədənin nəfəs almasına kömək edirər. Yay və qış aylarında üstünlük verilir. Köhnəlməyə çox da davamlı deyil.
Bəzi bambuk liflərinə görə tüklərin yığılmasına səbəb ola bilər. Lakin bambuk faizi yüksək olan corablar və digər tekstil məhsulları dərinizlə təmas etdiyinə görə sağlamlıq və rahatlıq üçün mükəmməl seçimdir.

Modal ipi

Modal iplər fıstıq ağacından hazırlanan, nəmə və quruya olduqca davamlı olan təbii bir lifdir. Aşınmaya çox davamlıdır. Nəm ötürmə xüsusiyyəti çox yaxşıdır. Modal iplə trikotaj və ya toxunmuş parçalar yumşaq bir toxunuşa malikdir. Çox yaxşı nəm ötürmə xüsusiyyəti səbəbindən isti, nəmli iqlimlərdə belə rahatlıq təmin edir.

Merserize ipi

Mercerize ipliyi yandırılaraq düzlənmiş taralı/pambıq iplikdir. Mercerize iplik ilk baxışdan neylona bənzər bir görünüşə malikdir. Lakin bu görüntü iplərin möhkəm və hamar olması ilə əlaqəlidir. Tükyığma sürəti digər ipliklərə nisbətən daha aşağıdır.

Yun ip

Yun ip olduğumuz coğrafiyada ümumiyyətlə qoyun yundan əldə etdiyimiz iplik növüdür. Bəzən keçi, dəvə və dovşanlardan da əldə edilir. Əsasən zərər vermədən heyvanların tüklərini qırxaraq edilir. Yunun keyfiyyəti incəliyinə görə müəyyən olunur. Yun rəngli iplik kimi istifadə edilməlidirsə, toxunmadan əvvəl rənglənir və dairəvi corab toxuma maşınlarında toxunur. Yun corablar lifləri arasında hava tutduğu üçün, bədən temperaturunu qoruyur və ayaqlarınızı isti saxlayır.

Son bir neçə ildə corap sektorunda qazandığımız bilik və təcrübələri qısa şəkildə sizinlə bölüşməyə çalışdıq. Zövq və tərzinizin ortaq qərarı olaraq sizə sağlam corap geyinməyi tövsiyyə edirik. Bu məqamda sağlamlığa zərər verə bilən təkrar emal olunmuş (Recycle) iplərdən də bir az danışmaq istərdik. Corab alarkən, təkrar emal olunan iplərdən hazırlanmış corablardan istifadə etməməliyik. Təkrar emal edilmiş iplər ümumiyyətlə təkrar emal edilmiş parçalardan əldə edilən ipərdir. Tərkibində kimyəvi nisbət yüksək olduğu üçün təkrar emal olunan iplər sağlamlıq üçün faydalı deyil. Görünüşdə o qədər çox fərq olmasa da, toxunuşla təkrar email olunan ip ilə pambıq ipdən istehsal olunan corabların fərqini başa düşə bilərik. Ayaq göbələyi, ayaq qoxusu, tərləmə və yanma kimi sağlamlıq problemləri təkrar emal olunan iplərdən hazırlanan corablardan istifadə edən insanlarda çox rast gəlinir.