Təsvir
Qonur ayı – 2015-ci ilin göstəricilərinə görə ölkəmizdə cəmi 402 baş qonur ayı yaşayır. Maraqlıdır ki, qonur ayılar 195 gün qış yuxusunda olurlar.
Nərə balığı – Dünyadakı nərə balıqlarının 80%-i məhz Xəzər dənizində yaşayır və bu nərə balıqlarından alınan kürü dünyanın ən elit və bahalı ləzzətlərindən biridir.
Dağ keçisi – 5-6 metr hündürə tullana bilən Qafqaz dağ keçiləri qayalıqda yaşayaraq düşmənlərindən rahatlıqla qaça bilirlər. Adları Qırmızı Kitaba daxil edilib və onları ovlamaq qadağandır.
Qarabağ atı – 1956-cı ildə kraliça II Elizabetə “Zaman” adlı Qarabağ atı hədiyyə edilmişdir. Maraqlıdır ki, düz 56 il sonra II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən at şousunda Qarabağ atları yenidən Britaniyaya yola düşmüşdür.