Memarlıq abidələri corab dəsti

35,00

Memarlıq abidələri corab dəsti

35,00

Özünəxas konsepti, əhəmiyyəti və ən əsası bir hekayəsi olan Azərbaycanın memarlıq abidələrinə – Qız Qalası, Səadət Sarayı, Şərq Bazarına həsr etdiyimiz kolleksiya.

Tərkib: 80% pambıq, 17% neylon, 3% elastan

SKU: Architectural monuments Kateqoriyalar: ,

Təsvir

Səadət sarayı

“Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!” demişdi İtaliyada gördüyü bir binanın qarşısında dayanan Liza xanım – məşhur azərbaycanlı milyonçu Murtuza Muxtarovun həyat yoldaşı. Təxminən bir il sonra həmin binanın surətində və hazırda Bakının ən gözəl tikililərindən olan “Səadət sarayı”nı Murtuza bəy öz sevimli xanımı Liza Tuqanovanın şərəfinə tikdirir. Bir zamanlar xoşbəxt bir cütlüyün sonsuz sevgisindən yaranan bu möhtəşəm bina bu gün nikah evi kimi fəaliyyət göstərərək minlərlə gənci səadətə qovuşdurur.

Qız qalası

Bakının rəmzi hesab olunan “Qız qalası” özündə tariximizin qəhrəmanlıq səhifələrini əks etdirir. Qədimlik və müasirliyin əsrarəngiz vəhdəti — “İçəri şəhər”də ucaldılan bu əzəmətli qalanın yuxarıdan görünüşü açara bənzəyir. O, sanki şəhərin sirlərini özündə gizlədən bir qapının “açar”ıdır. Bu kimi xüsusiyyətlərinə görə “Qız qalası” YUNESKO-nun “Ümümdünya irsi” siyahısında yer almış ən möhtəşəm, ən sirli abidələrdəndir.

Şərq bazarı

Dövrünün ən önəmli incəsənət nümunəsi sayılan Şərq bazarı Azərbaycan memarlığının tarixi ənənələrini müasir üslubda davam etdirir. Teksturası, canlı ab-havasl ilə də zəngin mədəniyyətimizin bir hissəsinə çevrilən bu bazar öz ziyarətçilərinə yerli həyat tərzi ilə tanış olmaq üçün möhtəşəm bir qapı açır.

Əlavə məlumat

Çəki 300 g
Ölçülər 21 × 10,5 × 7 cm
Ölçü

36-41, 42-46

Tərkib

80% pambıq, 17% neylon, 3% elastan