Səadət Sarayı corab

14,00

Səadət Sarayı corab

14,00

Bu corab Milyonçu Murtuza Muxtarovun 1911-1912-ci illərdə osetin mənşəli həyat yoldaşı Yelezaveta xanım Tuqanova üçün inşa etdirdiyi Səadət Sarayından ilhamlanaraq dizayn edilib.

Tərkib: 80% pambıq, 17% neylon, 3% elastan

SKU: Palace of Happiness Kateqoriyalar: ,

Təsvir

Məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. “Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!” – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın, binanın qapısında qulluqçularının onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə sevincinin həddi-hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. Azərbaycanda sovet rejimi qurulduqdan sonra saray bolşeviklərin ixtiyarına keçir. Evinə 3 nəfər rus zabitinin soxulduğunu görən Muxtarov bu rüsvayçılığa dözməyərək əvvəlcə onları, sonra isə özünü güllələyir.

Səadət Sarayı haqqında daha ətraflı məlumat üçün – Wikipedia

Əlavə məlumat

Çəki 50 g
Ölçü

41-44

Tərkib

80% pambıq, 17% neylon, 3% elastan