Corabb. haqqında
Corabb. mağazası Bakı şəhəri, Səbail rayonu, Mirvarid Dilbazi 16A ünvanında yerləşən Keçmiş Pasaj bazarının binasındadır (Uroloji Xəstəxananın arxa küçəsi). Giriş qapısı çöldən 1-ci mərtəbədədir.
Corabb. mağazası həftəiçi saat 10:00-dan 19:00-a qədər, Şənbə günü isə 10:00-dan 15:00-a qədər fəaliyyət göstərir. Bazar günü istirahət günüdür. Bayram günlərinin iş qrafiki haqqında məlumat SM kanallarında paylaşılır.
Corablar tərkibi 80% pambıq, 17% neylon, 3% elastandan ibarət saplardan toxunaraq istehsal olunur və “OEKO-TEX Standard 100” Beynəlxalq Tekstil Sertifikatı əsasında təqdim olunur.
Korporativ təkliflərimiz mövcuddur və bir dizaynda minimum 500 cüt corab sifariş etmək şərti ilə əməkdaşlıq etmək mümkündür. Bu kimi layihələr üçün [email protected] email ünvanına müraciət edilə bilər.
Corab sifarişində ödəniş və çatdırılma
Corabb. məhsullarını əldə etmək üçün:
– Mağazamıza yaxınlaşa bilərsiniz (iş qrafikini nəzərə almağınızı məsləhət görürük).
– Veb-saytımızdan onlayn sifariş edə bilərsiniz.
– Wolt, Bolt Food və Umico platformalarından onlayn sifariş edə bilərsiniz.
– ABAD Mərkəzlərdən (İçərişəhər, Şərq Bazarı, Hava limanı, Fairmont otel) əldə edə bilərsiniz.
– Ninkacards, Handicraft, Soroka partnyor mağazalarından əldə edə bilərsiniz.
Corab məhsullarımız sifariş edildiyi gündən sonraki 24 iş saatı ərzində, bağlama şəklində Bakı şəhəri daxilindəki ünvana çatdırılır.
İki növ çatdırılma üsulu var:
1. Şəhərdaxili çatdırılma: 24 iş saatı ərzində
– 5 AZN;
2. Bölgələrə çatdırılma: 7 iş günü ərzində
– 7 AZN.
Sifarişlər 3-cü tərəf partnyor şirkətin kuryerləri tərəfindən ünvana, bölgələrə olan sifarişlər isə Azərpoçt vasitəsilə əlaqəli poçta çatdırılır.
Onlayn şəkildə corab sifariş etdiyiniz zaman sizə tam rəsmi və təhlükəsiz onlayn və ya nağd ödəniş üsullarını təklif edirik.
POS terminal ilə ödəniş sadəcə mağazamızda alış-veriş etdiyiniz zaman mümkündür.
Sifariş verildiyi saatdan etibarən 24 iş saatı ərzində Bakı şəhəri daxilində çatdırılır.
Corab sifarişi və geri qaytarılma
Rəngli corablar, Qutu dəstlər və Qısa corablar səhifələrindəki istəyinizə uyğun məhsulu səbətə ataraq oradan Sifariş səhifəsinə keçid edirsiniz. Sifariş səhifəsində şəxsiniz, çatdırılma və ödəniş ilə bağlı tələb olunan xanaları doldurmaqla sifarişinizi verirsiniz.
Yaranmış suallar və ya hər hansı bir müraciət üçün bizimlə aşağıdakı məlumatlar vasitəsilə əlaqə qura bilərsiniz:
1. WhatsApp: +994993020666;
2. Email: [email protected];
3. Sosial media kanallarımız.
Sifarişi izləmək üçün əsas menyudan “Sifarişin izlənilməsi” səhifəsinə daxil olmalısınız. Sizdən sifariş kodu və sifariş zamanı daxil etdiyiniz email tələb olunacaq. Kodu sifariş zamanı qeyd etdiyiniz emaildən əldə edə bilərsiniz.
Xeyr, sadəcə Sifariş bölməsində tələb olunan şəxsi məlumatlarınızı daxil etməyiniz kifayətdir.
Sifarişi ləğv etmək və ya dəyişdirmək üçün sifariş çatdırılmamışdan əvvəl sadəcə bizə məlumat verməyiniz kifayətdir. Əgər sifarişiniz artıq kuryerə verilibsə və yenidən çatdırılma lazımdırsa əlavə 5 AZN ödəniş tələb oluna bilər. Dəyişiklik üçün mağazaya da yaxınlaşa bilərsiniz.
14 gün ərzində məhsulu geri qaytara və ya dəyişdirə bilərsiniz. Geri qaytara bilməyimiz üçün məhsul istifadə edilməməli, həmçinin etiket corab üzərindən çıxarılmamalı və zədə almamalıdır.