fbpx
24 saat ərzində çatdırılma

Tez-tez verilən suallar

Ödəniş və çatdırılma

Corabları necə əldə edə bilərəm?

Corabb. məhsullarını əldə etmək üçün:
Mağazamıza yaxınlaşa bilərsiniz (iş-qrafikini nəzərə almağınızı məsləhət görürük).
– Veb-saytımızdan onlayn sifariş edə bilərsiniz.
WoltUmico platformalarından onlayn sifariş edə bilərsiniz.
ABAD Mərkəzlərdən (İçərişəhər, Şərq Bazarı, Hava limanı, Fairmont otel) əldə edə bilərsiniz.
Ninkacards, Handicraft, Soroka partnyor mağazalarından əldə edə bilərsiniz.

Corab sifarişinin çatdırılması necə edilir?

Corab məhsullarımız sifariş edildiyi gündən sonraki 24 iş saatı ərzində, bağlama şəklində Bakı şəhəri daxilindəki ünvana çatdırılır.

Onlayn corab sifarişi necə çatdırılır?

İki növ çatdırılma üsulu var:
1. Şəhərdaxili çatdırılma: 24 iş saatı ərzində
– 3 AZN;

2. Bölgələrə çatdırılma: 7 iş günü ərzində
– 5 AZN.

Sifarişlər 3-cü tərəf partnyor şirkətin kuryerləri tərəfindən ünvana, bölgələrə olan sifarişlər isə Azərpoçt vasitəsilə əlaqəli poçta çatdırılır.

Onlayn corab sifarişi üçün hansı növ ödəmə üsulları var?

Onlayn şəkildə corab sifariş etdiyiniz zaman sizə tam rəsmi və təhlükəsiz onlayn və ya nağd ödəniş üsullarını təklif edirik.
POS terminal ilə ödəniş sadəcə mağazamızda alış-veriş etdiyiniz zaman mümkündür.

Onlayn corab sifarişini nə vaxt çatdırırsınız?

Sifariş verildiyi saatdan etibarən 24 iş saatı ərzində Bakı şəhəri daxilində çatdırılır.

Sifariş və geri qaytarılma

Onlayn corab sifarişini necə verə bilərəm?

Rəngli corablar, Qutu dəstlərQısa corablar səhifələrindəki istəyinizə uyğun məhsulu səbətə ataraq oradan Sifariş səhifəsinə keçid edirsiniz. Sifariş səhifəsində şəxsiniz, çatdırılma və ödəniş ilə bağlı tələb olunan xanaları doldurmaqla sifarişinizi verirsiniz.

Necə əlaqə qura bilərəm?

Yaranmış suallar və ya hər hansı bir müraciət üçün bizimlə aşağıdakı məlumatlar vasitəsilə əlaqə qura bilərsiniz:
1. WhatsApp: +994993020666;
2. Email: [email protected];
3. Sosial media kanallarımız.

Sifarişimi necə izləyə bilərəm?

Sifarişi izləmək üçün əsas menyudan “Sifarişin izlənilməsi” səhifəsinə daxil olmalısınız. Sizdən sifariş kodu və sifariş zamanı daxil etdiyiniz email tələb olunacaq. Kodu sifariş zamanı qeyd etdiyiniz emaildən əldə edə bilərsiniz.

Onlayn corab sifarişi vermək üçün hesabım olmalıdır?

Xeyr, sadəcə Sifariş bölməsində tələb olunan şəxsi məlumatlarınızı daxil etməyiniz kifayətdir.

Sifarişimi necə ləğv edə və ya dəyişə bilərəm?

Sifarişi ləğv etmək və ya dəyişdirmək üçün sifariş çatdırılmamışdan əvvəl sadəcə bizə məlumat verməyiniz kifayətdir. Əgər sifarişiniz artıq kuryerə verilibsə və yenidən çatdırılma lazımdırsa əlavə 5 AZN ödəniş tələb oluna bilər. Dəyişiklik üçün mağazaya da yaxınlaşa bilərsiniz.

Sifarişi necə geri qaytara bilərəm?

14 gün ərzində məhsulu geri qaytara və ya dəyişdirə bilərsiniz. Geri qaytara bilməyimiz üçün məhsul istifadə edilməməli, həmçinin etiket corab üzərindən çıxarılmamalı və zədə almamalıdır.